Putin yeni bombardman təyyarə hazırlatdırır
Bizi izləyin

MDB

Putin yeni bombardman təyyarə hazırlatdırır

Rusiya Birləşmiş Aviasiya Korporasiyası (UAC) gələcəyin strateji bombardman təyyarəsinin dizaynına başladığını elan edib.

Publika.az xəbər verir ki, bu barədə korporasiyanın feysbuk hesabından açıqlama yayılıb.

Məlumata görə, təyyarə ilə bağlı bütün işlər Rusiya Silahlı Qüvvələrinin Ali Baş Komandanı və prezidenti Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun xüsusi nəzarəti altında aparılır.

Təyyarənin fasiləsiz olaraq 30 saat havada qala biləcəyi deyilir.

Əlavə olaraq, “Tu-160M” və “Tu-95MC” strateji raket qırıcılarının modernizasiyası və “Tu-160M”in təkrar istehsalına başlanılmasının ölkənin strateji nüvə gücünün hava qanadını gücləndirəcəyi qeyd edilib.

Qeyd edək ki, Rusiyanın müdafiə nazirinin köməkçisi Aleksey Krivoruçko iyul ayında verdiyi açıqlamada yeni strateji bombardman təyyarələrinin “steals” texnologiyalarından istifadə edilərək istehsal ediləcəyini bildirmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm