MDB
Şoyqu və Qerasimov ABŞ-ın məhv edilməsinə 20-25 dəqiqə vaxt verdi
Rusiya hələ “Avanqard” hipersonik kompleksinin Silahlı Qüvvələrdə meydana çıxmasından əvvəl ABŞ-la müharibəyə hazır idi.
Publika.az xəbər verir ki, bu haqda TVS telekanalın efirində politoloq və şərqşünas Yevgeni Satanovski bildirib.
ABŞ və Rusiya arasında silahlı konfliktin baş vermə ehtimalını qiymətləndirən ekspert 2018-ci ilin martında ABŞ-ın Suriyanı növbəti raket zərbəsi ilə hədələməsini, ardınsa Rusiya prezidenti Vladimir Putinin xəbərdarlığını xatırladıb.
“Prezident dedi ki, Suriya üzrə zərbələr zamanı bizim hərbi qulluqçularımız məhv olarsa, onda dənizdə üzən və havada uçanlar bütün platformalara zərbələr endiriləcək, batırılacaq və düşürüləcək”, - Satanovski deyib.
Politoloq bildirib ki, artıq ABŞ-ın zərbəsindən sonra Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Baş qərargahın başçısı Valeri Qerasimovla söhbət edib: “Mən sonra bu iki insandan soruşdum: biz həqiqətən buna hazır idik? “Bəli” hər ikisi dedilər. “Nə qədər vaxt lazımdır?”, - soruşdum. “Dəqiqələr, 20, bəlkə də 25”, - cavabını aldım”, - Yevgeni Satanovski yekunlaşdırıb.
-
İdman22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?














.jpg)









.jpg)



.jpg)







