MDB
Rusiyanın bu vilayətinə kütləvi PUA hücumu - Yanğın var
Rusiyanın Rostov vilayəti gecə saatlarında kütləvi dron hücumuna məruz qalıb. Hücum nəticəsində 80-dən çox pilotsuz uçuş aparatı (PUA) vurulub.
Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Yuri Slyusar "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kamensk-Şaxtinski şəhərini və vilayətin səkkiz rayonunu, o cümlədən Kamenski, Şoloxovski və Verxnedonski rayonlarını hədəfə alıb.
Qubernator bildirib ki, Krasnosulinski rayonunda PUA qalıqlarının düşməsi nəticəsində yanğın başlayıb. Hadisə yerində fövqəladə hallar xidmətinin əməkdaşları işləyir.
Qeyd edək ki, Rostov vilayətində Rusiyanın cənubundakı ən böyük neft emalı müəssisəsi olan Novoşaxtinsk Neft Emalı Zavodu yerləşir. Müəssisənin illik neft emalı gücü 5,6 milyon ton təşkil edir.
Müəllif: Adəm
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: Toxunanlar zəhərlənir





































