Vladimir Putin və Maykl Pompeonun görüşü başladı
Bizi izləyin

MDB

Vladimir Putin və Maykl Pompeonun görüşü başladı

Soçidə Rusiya Prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Maykl Pompeonun görüşü başlanıb.

Publika.az "RİA-Novosti" agentliyinə istinadən xəbər verir ki, görüş “Boçarov Ruçey” iqamətgahında keçirilir.

Görüşdə Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, xarici işlər naziri Sergey Lavrov və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov iştirak edirlər.

Rusiya Prezidenti Vladimir Putinin Maykl Pompeonu qəbul etməsindən əvvəl Soçidə ABŞ dövlət katibinin Rusiyanın xarici işlər naziri ilə görüşü olub. Görüşün yekunlarına əsasən Sergey Lavrov və Maykl Pompeo birgə mətbuat konfransı keçiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm