Acarıstanda silahlı qadın tutuldu - FOTO
Bizi izləyin

MDB

Acarıstanda silahlı qadın tutuldu - FOTO

Gürcüstanın Acarıstan Muxtar Respublikasında silah və sursatın əldə olunması, saxlanılması və daşınmasında ittiham olunan qadın saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan 1988-ci il təvəllüdlü X.T. adlı qadının üzərinə baxış zamanı “Parabelium” sistemli odlu silah və 35 patron müsadirə olunub.

Faktla bağlı istintaq aparılır. Qadını 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.(Report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm