SON DƏQİQƏ: Rusiyada nüvə raketi partladı, ətrafa radiasiya yayılır, ölənlər var - DÜNYA ŞOKDA
Bizi izləyin

MDB

SON DƏQİQƏ: Rusiyada nüvə raketi partladı, ətrafa radiasiya yayılır, ölənlər var - DÜNYA ŞOKDA

Rusiyanın raket sınağı zamanı baş verən qəza nəticəsində nüvə radiasiyasının sızıntısı qeydə alınıb.

Publika.az
xəbər verir ki, Rusiya Meteoroloji İdarəsi ölkənin şimal-qərbindəki Arxangels vilayətində radiasiya sızıntısının ortaya çıxdığını açıqlayıb.

“Havaya strontiyum, baryum və lantanum maddələrinin yayıldığı aşkarlanıb”, - açıqlamada deyilir.

Avqustun 8-də Şimal Qütbü bölgəsindəki Noyonoksa Donanma Bazasında baş verən raket partlaması nəticəsində 5 nəfər ölüb, 3 nəfər yaralanıb.

Beynəlxalq Nüvə Sınaqlarına Qadağa Müqaviləsi Təşkilatı qəzadan sonra nüvə radiasiyasının yayıldığını açıqlamış, lakin Rusiya bunu təkzib etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm