MDB
Avqust döyüşləri haqqında ŞOK MƏLUMATLAR ÜZƏ ÇIXDI: 1000-dən çox ölü və...
Ukrayn Silahlı qüvvələrinin Baş qərargahı 2014-cü ilin avqustunda “İlovaysk qazanı”nda ölən Ukrayna döyüşçülərinin sayı haqqında yeni məlumatları dərc edib.
Publika.az xəbər verir ki, bu haqda “BBC Ukrayna” bildirib.
Ukrayna hərbi müəssisəsinin məlumatına görə, İlovayskda döyüşlərdə 220 hərbi qulluqçu həlak olub, 44-ü yaralanıb, 40 hərbçi itkin düşüb, 13-ü isə əsir götürülüb.
Açıqlanan yeni rəqəmlərə könüllü batalyonların döyüşçülərinin sayı daxil deyil. “Azaqlıq” radiosuna danışan Baş qərargahın keçmiş müdiri Viktor Mujenko bildirib ki, könüllü batalyonlar “İlovaysk qazanı”nda 200 döyüşçü itirib. Beləliklə, toplam olaraq Kiyevin itkiləri 420-dən çox döyüşçü təşkil edə bilər. Halbuki, 2015-ci ildə Ukraynanın Baş hərbi prokurorluğu həmin döyüşlərdə 366 nəfərin öldüyünü açıqlamışdı.
Xatırladaq ki, İlovaysk uğrunda döyüşlər 2014-cü ilin avqustunda Ukrayna tərəfi ilə Rusiya tərəfindən dəstəklənən separatçılar arasında baş verib. Kiyev döyüşlərdə Rusiyanın nizami qoşununun da iştirak etdiyini iddia edir. Şəhərin əhəmiyyətli hissəsini tutmuş Ukrayna hərbçiləri sonradan mühasirəyə alınır və nəticədə böyük itkilərlə üzləşir. Ali Radanın istintaq komissiyası isə qurbanların sayının 1000-dən çox ola biləcəyini təxmin edir.
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi
-
Nida.az15:25
Prezidentin xanımı Bakıda dolma bükdü - FOTO
-
Kriminal14:53
Bakıda ər gözəllik salonunda arvadını öldürdü: “Düşündüm ki, başqası ilə...” - Şok təfərrüat
-
ABŞ14:23
Dəhşətli terror aktları olacaq: Amerikalı general hazırlıq görməyə çağırdı
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO