SSRİ 2024-cü ilə kimi bərpa ediləcək? - Kremldən AÇIQLAMA
Bizi izləyin

MDB

SSRİ 2024-cü ilə kimi bərpa ediləcək? - Kremldən AÇIQLAMA

Rusiyada 2024-cü ilə qədər Sovet İttifaqının canlandırılması üzrə plan yoxdur.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin sözlərini şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Belə plan yoxdur”, - Peskov deyib.

Xatırladaq ki, Mixail Saakaşvili Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etməyi planlaşdırdığını iddia edib.

“Putin 2024-cü ildə, yəni növbəti seçkilər zamanı SSRİ-ni bərpa etmək istəyir. Bu ittifaqa o, Gürcüstan, Ermənistan, Moldova, Belarusiya və Ukraynanı qoşmaq istəyir. Bu onun planıdır", - sabiq prezidenti iddia edib.

Qeyd edilib ki, Gürcüstanda SSRİ-nin dağılmasına təəssüflənən insanların sayı artıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm