Aparılan araşdırma başa çatdı: Putinə ŞOK
Bizi izləyin

MDB

Aparılan araşdırma başa çatdı: Putinə ŞOK

Rusiyada bu gün seçki keçirilsə, Vladimir Putinin rəhbərlik etdiyi Vahid Rusiya Partiyası 42 - 45% səs toplayacaq.

Publika.az xəbər verir ki, bu barədə Sosio-İqtisadi və Siyasi Araşdırmalar İnstitutunun hesabatında deyilir.

Bu rəqəm 2016-cı illə müqayisədə 10% azdır.

2018-2019-cu illərdə keçirilən yerli və regional seçkilərdən əldə edilən nəticələrin yer aldığı araşdırma, Vahid Rusiya Partiyası ilə yanaşı daha iki partiyanın parlamentə girə biləcəyinə işarə edir. Bunlar 18% səslə Kommunist Partiyası və 12,5% səslə Vladimir Jirinovskinin LDPR Partiyasıdır.

Bu ssenari gerçəkləşərsə, Kommunist Partiyası son parlament seçkilərinə görə, səs faizini 5 xal artırmış olacaq. LDPR-in səsi isə 1 xal geriləyəcək.

Qeyd edək ki, 2016-cı ildə keçirilən seçkilərdə Vahid Rusiya Partiyası 54% səslə 450 mandatdan 343-nü qazana bilmişdi. Kommunistlər 42, LDPR isə 39 mandata sahibdir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm