Putinin qaz bazarlığı 5 saatdan çox çəkdi - Dekabrın 20-də...
Bizi izləyin

MDB

Putinin qaz bazarlığı 5 saatdan çox çəkdi - Dekabrın 20-də...

Rusiya prezidenti Vladimir Putin Soçidə Belarus prezidenti Aleksandr Lukaşenko ilə 5,5 saat qaz bazarlığı aparıb.

Publika.az xəbər verir ki, qaz və neft müqaviləsi üçün bir araya gələn rəhbərlərin söhbəti uzun çəkib.

Toplantıda Rusiya tərəfdən Baş nazir Dmitri Medvedev, Baş nazirin müavini Dmitri Kozak və Maliyyə naziri Dmitri Siluanov da iştirak edib.

Hər iki dövlət başçısı heyətlərarası görüşdən öncə mətbuata açıqlama verib.

Aleksandr Lukaşenko Rusiyadan ucuz qaz istəmədiklərini bildirib: "Biz deyildiyi kimi, ucuz qaz və neft istəmirik. Əsəs məsələ bərabər şərtlərdə qaz və neftin təmin edilməsidir. Biz sadəcə anlaşmanın gedişatını analiz etmək üçün toplandıq. İnsanlarımız və iş dünyası bərabər şərtlərə sahib olmalıdır".

Liderlər 20 dekabrda Sankt-Peterburqda yenidən görüşəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm