Moskvada koronavirusdan ölənlərin sayı 4700-ü keçdi
Bizi izləyin

MDB

Moskvada koronavirusdan ölənlərin sayı 4700-ü keçdi

Moskvada son sutka ərzində koronavirusdan 11 nəfər dünyasını dəyişib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Operativ Qərargah məlumat yayıb.

Bildirilir ki, yeni növ virusdan ölənlərin sayı 4 731 nəfərə çatıb.

Moskvada 257 minə yaxın koronavirus infeksiyasına yoluxma halı qeydə alınıb, 203 mindən çox xəstə sağalıb.

Qeyd edək ki, bir gün əvvəl Moskvada 12 nəfərin öldüyü bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm