SON DƏQİQƏ: Navalnı Moskvada saxlanıldı - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

MDB

SON DƏQİQƏ: Navalnı Moskvada saxlanıldı - VİDEO - (YENİLƏNDİ)

Xəbər verdiyimiz kimi, 4 aydan artıqdır ki, Almaniyada müalicə alan rusiyalı müxalifət lideri Aleksey Navalnı Almaniyadan Moskvaya dönüb.

Publika.az Rusiya mətbuatına istinadla xəbər verir ki, müxalifət lideri Rusiya polisi tərəfindən hava limanında saxlanılıb.

Qeyd edək ki, bundan öncə Navalnını qarşılamaq üçün hava limanına gələn tərəfdarları və BBC telekanalının əməkdaşları da polis tərəfindən saxlanılıb.

***

18:13

Almaniyadakı xəstəxanaların birində spazmlarla kəskinləşən konvulsiv sindrom diaqnozu ilə müalicə alan rusiyalı müxalifət lideri Aleksey Navalnı vətəninə dönür.

Publika.az xəbər verir ki, bu barədə Rusiyaya məxsus "Telegram" kanalları məlumat yayıb.

Bildirilir ki, hazırda Vnukovo hava limanına gül dəstələri ilə gələn bir neçə nəfər müxalifət liderini qarşılamağa və onunla görüşməyə hazırlaşırlar.

Hava limanında lentə alınan videogörüntüləri təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm