Lavrov "Böyük Turan" haqqında danışdı: Azərbaycan qatılmaz, çünki...
Bizi izləyin

MDB

Lavrov "Böyük Turan" haqqında danışdı: Azərbaycan qatılmaz, çünki...

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Türkiyənin millətlərarası bir quruluş olaraq “Böyük Turan” yaratmaq kimi hədəfi olduğuna inanmır.

Publika.az xəbər verir ki, nazir bu barədə RBK kanalına verdiyi müsahibəsində danışıb.

Onun sözlərinə görə, keçmiş SSRİ-yə daxil olan türkdilli ölkələr çətin ki, Türkiyənin bu fikrini dəstəkləsinlər: “Böyük Turan”dan tarixi mənada fövqəlmilli bir varlıq kimi danışsaq, Türkiyənin belə bir hədəf güddüyünü düşünmürəm. SSRİ-nin tərkibinə girən və daha sonra müstəqil olan ölkələrin həqiqətdə bu fikrə bir növ dəstək verə biləcəyini görmürəm”.

Rus nazir Azərbaycan kimi dövlətlərin “Böyük Turan” tərəfdarı olduğu təqdirdə, Moskvanın Türkiyənin güclənməsindən qorxub-qorxmadığı sualına da cavab verib: “Bu ölkələrin xarici siyasətinin və praktikasının bütün pafoslarının milli dövlətlərin möhkəmləndirilməsi olduğunu düşünürəm. Ona görə Türkiyənin öz maraqları var - bunlar eyni dildə danışan soydaşlardır. Türkdilli əlaqələrin mövzusu Türkiyə ilə digər ölkələr, o cümlədən Azərbaycan və bir sıra Mərkəzi Asiya dövlətləri arasında əməkdaşlığa əsaslanır. Türkiyənin postsovet məkanının türkdilli dövlətləri ilə əməkdaşlığının əsas tərkib hissəsi mədəni, dil və təhsil ənənələrindədir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm