NATO "soyuq müharibə"nin sxemləri ilə yaşayır - Rusiya XİN
Bizi izləyin

MDB

NATO "soyuq müharibə"nin sxemləri ilə yaşayır - Rusiya XİN

NATO təkamül yolu keçərək yenidən "soyuq müharibə"nin sxemləri əsasında yaşamağa başlayıb.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Aleksandr Qruşko deyib.

"NATO takamül yolu keçərək 1949-cu ildəki vəziyyətə qayıdıb. Bu gün qurum faktiki olaraq "soyuq müharibə"nin sxemləri ilə yaşayır. Onun əsas səyləri "Şərqdən gələn təhlükəni" dəf etməyə yönəlib", - deyə Qruşko NTV kanalında çıxışı zamanı bildirib.

Xatırladaq ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bazar ertəsi Rusiyanın bu ölkənin NATO-dakı səfirləriinin göndərilməsinə cavab tədbirləri olacağını bəyan edib: NATO-nun Moskvadakı hərbi əlaqə missiyasından əlavə, onun məlumat bürosu da fəaliyyətini dayandırır. Rusiyanın NATO-dakı nümayəndəliyi də noyabrın 1-dən, yaxud bir müddət sonra fəaliyyətini dayandıracaq. Bundan sonra Rusiya ilə hər hansı əlaqə üçün Alyans bu ölkənin Belçikadakı səfirliyinə müraciət etməli olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm