Leksman: "Gürcüstanda siyasi məhbuslar var"
Bizi izləyin

MDB

Leksman: "Gürcüstanda siyasi məhbuslar var"

"Gürcüstan bir vaxtlar "Şərq Tərəfdaşlığı"nda lider olub, indi isə geriləyib. Bir oliqarx siyasi həyata təsir etməkdə davam edir və biz keçmiş prezident (Mixail Saakaşvili -Red.) və müxalifət telekanalının direktoru (Nika Qvaramia -Red.) da daxil olmaqla bir sıra siyasi məhbusların olduğunu görürük".

Publika.az xəbər verir ki, bu sözlərlə Avropa Parlamentinin deputatı Miriam Leksman Gürcüstanla bağlı daha bir tənqidi qətnamənin hazırlanması zamanı çıxış edib.

Məlumat üçün bildirək ki, Avropa Parlamentində qətnamənin müzakirəsində Nika Qvaramiyanın həyat yoldaşı Sofo Liluaşvili və vəkili Tamta Muradaşvili də qatılıb.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm