MDB
"Payoneer" ödəniş sistemi Rusiyada fəaliyyətini DAYANDIRDI
Maliyyə xidmətləri və onlayn pul köçürmələri təqdim edən beynəlxalq ödəniş sistemi "Payoneer" Rusiyada fəaliyyətini dayandırıb.
Bu barədə Publika.az Rusiya KİV-nə istinadla xəbər verir.
Qeyd olunur ki, 2022-ci il martın əvvəlində şirkət Rusiyadakı fəaliyyətini dayandıraraq yeni hesabların qeydiyyatını bağlayıb. Bununla belə, bu məhdudiyyətləri VPN və üçüncü tərəf xidmətlərindən istifadə etməklə keçmək olar.
Hazırda "Payoneer"dən istifadə edən ruslar hələ də bu ödəniş sisteminin işini dəstəkləyən "Patreon", "BuyMeACoffee", "Shutterstock" və digər saytlardan ödəniş ala bilərlər.
"Payoneer"texniki dəstəyi bildirib ki, əməliyyat məhdudiyyətləri səbəbindən şirkət Rusiyada müştərilərinə xidmət göstərməyə davam edə bilməyəcək. Onların hesabları dekabrın 16-dək bağlanacaq və vəsaitlərini bu tarixədək çıxarmalıdırlar.
Hüseyn İbadlı
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı















.jpg)





















.jpg)

.jpg)