MDB
KTMT xəbərdarlıq etdi: Bu ölkənin sərhədində vəziyyət gərgindir
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tacikistanın cənub sərhədlərində İslam Dövləti yaraqlılarının sayında artım müşahidə edir.
Publika.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukov brifinqdə bildirib.
“Mərkəzi Asiya regionunda sabitliyə əsas təhlükə İslam Dövləti, Əl-Qaidə və digər beynəlxalq terror və ekstremist təşkilatlardan gəlir”, - deyən hərbiçi xüsusən də Tacikistanın cənub sərhədi yaxınlığında gərginliyin artdığını əlavə edib.
Qrupun Əfqanıstan qolu olan Vilayət Xorasan və Pakistan Taliban hərəkatının yaraqlılarının sayında artım müşahidə edilir. Bundan əlavə, onların təlim-məşq toplanışlarının şəbəkəsi genişlənir.
Serdyukovun fikrincə, miqrasiya axınının artması “hökumət qüvvələri ilə müxalifət arasında davam edən qarşıdurma, milli və dini azlıqların təzyiqləri, habelə iqtisadi vəziyyətin pisləşməsi” vəziyyətin gərginləşməsini şərtləndirir.
“Narkotik vasitələrin nəzarətsiz qeyri-qanuni dövriyyəsi və silahların qeyri-qanuni paylanması da regionda kriminal vəziyyətə mənfi təsir göstərir”, - KTMT-nin baş qərargah rəisi qeyd edib.
Tural
-
Elm və təhsil12:33Bu qadınlara yüksək vəzifə verildi - FOTO
-
Rəsmi xronika12:09İlham Əliyev Antonio Tayanini qəbul etdi
-
Kriminal12:0080 yaşlı məşhur “qanuni oğru” Rusiyada saxlanıldı - FOTO
-
Cənubi Qafqaz11:36Ermənistanın yeni konstitusiyasında kilsə ilə bağlı hansı yenilik edilib?
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO







































