Moldova səfiri Rusiya XİN-ə çağırıldı
Bizi izləyin

MDB

Moldova səfiri Rusiya XİN-ə çağırıldı

Moldovanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Açıqlamada Moldovanın Moskvadakı səfiri Lilian Dariusun cümə günü rusiyalı diplomatın ölkədən çıxarılmasına və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmamasına etiraz olaraq ölkənin Xarici İşlər Nazirliyinə çağırıldığı qeyd olunub.

Moskva cavab tədbiri olaraq Moldovanın ölkədəki səfirliyinin əməkdaşını “persona non-qrata” elan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm