Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
Bizi izləyin

MDB

Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO

Moskvada 21 yaşlı Azərbaycan vətəndaşı Şahin Abbasov dayanacaq üstündə mübahisə zəminində 25 yaşlı Kirill Kovalevə xəsarət yetirib.

Publika.az xəbər verir ki, hadisə aprelin 17-də baş verib. Mətbuatın yazdığına görə, Kovalyev nişanlısını görməyə motosikletlə gəlib. O, Şahin Abbasova məxsus qanunsuz park edilmiş “Toyota Camry” markalı avtomobilə diqqət çəkib.

Kiril səkidə avtomobil saxlamağın yolverilməz olduğunu deyərək Şahinə irad tutub. Buna cavab olaraq Şahin qışqırmağa və motosikletə görə oradan çıxa bilmədiyinə əsəbiləşib, dava düşüb.

Şahin həmin şəxsi döyüb, qarnına bıçaq zərbəsi vurub və qaçıb. Kiril aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı işi açılıb. Hazırda şübhəlinin tutulması istiqamətində işlər aparılır.

Mərhumun anası “Shot” teleqram kanalına açıqlamasında oğlunun qatili üçün ən ağır cəzanın verilməsini istədiyini bildirib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm