Rusiyada müttəhimləri kütləvi surətdə həbsdən azad edirlər: Qol çəkirlər və...
Bizi izləyin

MDB

Rusiyada müttəhimləri kütləvi surətdə həbsdən azad edirlər: Qol çəkirlər və...

Rusiya İstintaq Komitəsinin və digər istintaq orqanlarının əməkdaşları Ukraynadakı müharibəyə müttəhimləri cəlb etməyə başlayıblar.

Publika.az xəbər verir ki, bu barədə “Kommersant” hüquq ictimaiyyətindəki mənbələrə istinadən yazır.

İstintaq nümayəndələri cinayət işlərində iştirak edənlərə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamaqla cinayət məsuliyyətindən azad oluna biləcəklərini bildirən “İzahat” adlı kağız təqdim etməyə başlayıblar. Sənəd pedofiliya, terrorizm, təxribat, dövlətə xəyanət və bir sıra digər cinayətlərdə şübhəli bilinən şəxslərə şamil edilmir.

İşdə iştirak edən şəxs razılaşarsa, onunla müqavilə bağlayan hərbçilərə təhvil verilir. Sonra müstəntiq təqsirləndirilən şəxsin qulluq edəcəyi bölmə komandirinin tələbi ilə cinayət təqibini dayandırır, işə xitam verir. Cinayət işindən tamamilə qurtulmaq üçün silahlı qüvvələrdən tərxis olunmaq və ya dövlət mükafatı almaq lazımdır.

“Kommersant”ın həmsöhbətlərindən birinin sözlərinə görə, oxşar prosedur artıq Ukraynanın işğal olunmuş ərazilərində və Rusiyanın cəbhəyə bölgələrində də qüvvədədir. Nəşr əlavə edir: "Bu tendensiya tədricən digər bölgələrə də yayılır".

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm