Bu ölkədə falçılarla bağlı qərar qəbul edildi: Məcburi olaraq...
Bizi izləyin

MDB

Bu ölkədə falçılarla bağlı qərar qəbul edildi: Məcburi olaraq...

Tacikistan hakimiyyəti sehrbazlar, falçılar, şəfaçılar, amulet və talismanlar istehsalçıları adı altında dələduzluqla məşğul olan şəxsləri altı aya qədər məcburi əməyə cəlb etmək istəyib.

Publika.az xəbər veririk, bu barədə TASS məlumat yayıb.

Bunun üçün cinayət və inzibati qanunvericiliyə dəyişiklik etmək lazım gələcək, özünü şəfaçı və sehrbaz kimi təqdim edən şəxslərin müəyyən edilməsi üçün tədbirlər görülür. Onlar xüsusi yaradılmış reyestrə daxil ediləcəklər.

Bu cür hərəkətlər artıq ölkənin inzibati qanunvericiliyi ilə birinci pozuntuya görə 330 dollar, ikinci pozuntuya görə isə 660 dollar məbləğində cərimə şəklində cəzalandırılır.

2016-cı ildə Tacikistan parlamentinin yuxarı palatası ölkənin Cinayət Məcəlləsinə cadu və cadugərlikdən istifadə edərək cinsi təcavüzə görə həbsi nəzərdə tutan dəyişiklikləri qəbul edib. Bu cür cinayətlər 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm