Rusiya MN-nin daha bir əməkdaşı həbs edildi
Bizi izləyin

MDB

Rusiya MN-nin daha bir əməkdaşı həbs edildi

Rusiyanın müdafiə nazirinin eks müavini Timur İvanovun tabeliyində olmuş Anton Filatov həbs edib.

Publika.az xəbər verir ki, bu barədə Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Anton Filatov böyük miqdarda mənimsəmədə ittiham edilir/

Xatırladaq ki, Moskva məhkəməsinin qərarı ilə Rusiyada keçmiş müdafiə nazirinin müavini, ordu generalı Timur İvanov və onun qohumlarının aktivləri, bank hesabları və daşınmaz əmlaklarının üzərinə həbs qoyulub. Timur İvanovun 1 milyard rubldan çox məbləğdə rüşvət aldığı bildirilir.

Basmannı məhkəməsi istintaqın tələbi ilə Rusiya müdafiə nazirinin müavini Timur İvanov barəsində iki aylıq həbs qərarı çıxarıb.

Artıq Rusiyanın müdafiə naziri Sergey Şoyqu Timur İvanovu nazir müavini vəzifəsindən uzaqlaşdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm