Rusiya ordusu yeni “dəhliz”də: qarşı tərəf mövqeləri tərk edir - Qorxunc bomba tətikdə
Bizi izləyin

MDB

Rusiya ordusu yeni “dəhliz”də: qarşı tərəf mövqeləri tərk edir - Qorxunc bomba tətikdə

Rusiya Silahlı Qüvvələrinin “Şimal” qrupu Xarkov istiqamətində Avdeyevka dəhlizindən Selidovoya keçərkən, Pokrovska paralel olaraq başqa bir dəhliz yaradılır.

Publika.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, burada Ukrayna silahlı qüvvələri öz mövqelərini kütləvi şəkildə tərk etməyə başlayıblar. Məsələn, 59-cu motoatıcı briqada öz mövqelərini tərk edib ki, bu da rus qoşunlarına irəlilələmə üçün vaxta qənaət etməyə imkan verir.

İndi Ukrayna ordusu yenidən geri çəkilməlidir, çünki güclü möhkəmləndirilmiş ərazilər meydana çıxmayıb və açıq sahələrdə müdafiə olunmaq mümkün deyil.

Xüsusilə indi, Rusiya Aerokosmik Qüvvələri çox güman ki, xüsusi güclü bombalardan - uçuş korreksiyası modulu olan FAB-3000-dən istifadə etməyə başlayıb.

Qeyd edək ki, FAB-3000 3 tonluq yüksək partlayıcı bombadır, bunun 1200 kq-ı partlayıcıdır. FAB-3000 16 km hündürlükdən və təxminən 1200 km/saat sürətlə hərəkət edən bombardmançıdan atılır. O, bütöv bir anqarı, beton istehkamları məhv etməyə qadirdir. Onun ölümcül radiusu 40 metrdir, 160 metr radiusda isə rəqiblər şok dalğasından ağır xəsarətlər və qanaxmalarla üzləşə bilər. Partlayışdan yaranan parçalar 260 metrə qədər uça bilir. Partlayışdan sonra bomba dərinliyi 15 metr və diametri təxminən 30 metr olan krater buraxır.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm