Putin hərbçilərlə görüşdə önəmli açıqlama verdi: NATO ilə...
Bizi izləyin

MDB

Putin hərbçilərlə görüşdə önəmli açıqlama verdi: NATO ilə...

Rusiya müxtəlif assosiasiyalarla Avrasiya təhlükəsizlik sisteminin yaradılması ilə bağlı məsələlərin geniş müzakirəsinə hazırdır.

Publika.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Rusiya hərbi ali təhsil müəssisələrinin məzunları ilə görüşündə deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Şimali Atlantika Alyansı ilə bu məsələ ilə bağlı dialoq aparmağa hazırdır.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşdə çıxış edən prezident Vladimir Putin Avrasiya regionunda xarici qüvvələrin hərbi mövcudluğunu məhdudlaşdırmağın zəruri olduğunu bildirmişdi. Dövlət başçısı vurğulayıb ki, Avrasiyada kollektiv təhlükəsizliyin təminatlarını müzakirə etməyin vaxtı çatıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm