MDB
Rusiya bu ölkələrlə viza sistemini sadələşdirir
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov bildirib ki, ölkəsi Yaxın Şərq, Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikasının bir sıra dövlətləri ilə viza sisteminin sadələşdirilməsi üzərində işləyir.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, BRİKS ölkələri arasında birbaşa hava əlaqələri yaxşı inkişaf edib və turistlər üçün vizasız giriş təmin olunub.
“Biz Yaxın Şərq, Cənub-Şərqi Asiya, Afrika və Latın Amerikasının bir sıra ölkələri ilə viza sistemini sadələşdirməyə çalışırıq", - deyə Reşetnikov qeyd edib.
Həmçinin bildirilib ki, Moskvada keçirilən birinci BRİKS turizm forumu çərçivəsində bu assosiasiyaya daxil olan ölkələr turizm sahəsində əməkdaşlığa dair yol xəritəsi imzalayıblar.
“Yol xəritəsi eyni vaxtda bir neçə layihə üçün ardıcıl inkişaf sxemini əks etdirir. Söhbət turizm sahəsində rəqəmsal həllər üçün platformanın yaradılmasından, turoperatorların səlahiyyətlərinin inkişafı proqramının hazırlanmasından, BRİKS-in yaşıl təşəbbüsündən gedir. Turizm sahəsində işgüzar əlaqələrin inkişaf etdirilməsi üçün bir sıra tədbirlər keçiriləcək”, - Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müraciətindən sitat gətirilib.
Qeyd edək ki, 2024-cü ilin birinci yarısında Rusiya ilə BRİKS ölkələri arasında qarşılıqlı turist axınının 1,5 milyon nəfəri ötdüyü bildirilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 dəfə çoxdur. BRİKS ölkələri arasında turist səfərləri potensialı 2030-cu ilə qədər 20 milyon nəfərə çatacaq. BRİKS ölkələrindən gələn beynəlxalq turistlərin ümumi sayı isə 10 faiz təşkil edəcək.
Adəm Abbaslı
-
Sosial09:33Abbas Abbasov axtarışa verildi
-
Sosial08:3714 yaşlı qızın toyunun qarşısı alındı - Valideynlərdən biri həbs edildi
-
Sosial08:10Bakıda ucuz evlər satışa çıxarılır - Bunları mütləq bilməlisiniz
-
İdman07:15Neymar Nyu-york küçələrində sevgilisi ilə belə gizləndi - FOTO/VİDEO
-
Magazin206:46Burakın alacağı qonorar heyrətləndirdi
-
MDB04:30"Qiyamət radiosu" bir gündə 4 mesaj yaydı
-
Qoroskop01:40Günün ulduz falı: Maddi qərarlarda tələsmək məsləhət deyil
-
Nida Xəbər 15 Dekabr 22:54"Ramiz Mehdiyevin ardınca iki yüksək vəzifəli şəxs də həbs olunacaq" - Zirəddindən PROQNOZ




























.webp)









