Bu ölkələr təşvişdə: Rusiya ilə sərhəddə müdafiə xətti qururlar
Bizi izləyin

MDB

Bu ölkələr təşvişdə: Rusiya ilə sərhəddə müdafiə xətti qururlar

Polşa, Litva, Latviya və Estoniya başçıları Avropa İttifaqının rəhbərliyinə məktub yazaraq, Rusiya və Belarusla sərhəddə müdafiə xəttinin tikintisinə çağırıblar.

Publika.az xəbər veri ki, bu barədə "Reuters" məlumat yayıb.

Onların fikrincə, belə bir xəttin yaradılması Avropa dövlətlərinin təhlükəsizliyini hərbi və hibrid təhdidlərdən xilas edəcək. Diplomatlar hesab edir ki, uzunluğu 700 kilometr olan xəttin tikintisi üçün ən azı 2,67 milyard dollar lazımdır.

Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova bu məlumatı şərh edərkən yazıb: “Əsas odur ki, tikanlar içəridədir”.

Yanvarın sonunda Estoniya hərbi idarəsi bildirmişdi ki, Baltikyanı ölkələr Rusiya ilə sərhəddə “müdafiə xətti” yaratmaq barədə razılığa gəliblər.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm