Ərdoğanı narahat edən QLOBAL TƏHLÜKƏLƏR: "Ehtiyat tədbirləri görülməlidir"
Bizi izləyin

Region

Ərdoğanı narahat edən QLOBAL TƏHLÜKƏLƏR: "Ehtiyat tədbirləri görülməlidir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada ŞƏT dövlət başçılarının sammiti çərçivəsində Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşüb.

Publika.az xəbər verir ki, görüş Müstəqillik Sarayında baş tutub və mətbuata qapalı olub.

“Anadolu” agentliyinin Türkiyə prezidentinin dəftərxanasına istinadla verdiyi məlumata görə, görüş zamanı ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, Qəzza münaqişəsi, eləcə də qlobal və regional hadisələr müzakirə olunub.

Ərdoğan xüsusilə bildirib ki, Ukrayna münaqişəsi və Yaxın Şərqdəki münaqişənin qlobal miqyasda yayılması təhlükəsi var. O, bu təhlükəni əhəmiyyətli adlandırıb və beynəlxalq ictimaiyyətin ehtiyat tədbirləri görməli olduğunu vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm