Putin Türkiyəyə nə vaxt səfər edəcək? - Peskovdan AÇIQLAMA
Bizi izləyin

MDB

Putin Türkiyəyə nə vaxt səfər edəcək? - Peskovdan AÇIQLAMA

Kreml rəsmisi Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin dəqiq tarixlərinin olmadığını bildirib.

Publika.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

“Prezident bu təklifi minnətdarlıqla qəbul edir və səfər gündəmdədir, lakin hələ ki, onun razılaşdırılacağı dəqiq tarix yoxdur”, - Peskov bildirib.

Xatırladaq ki, iyulun 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada ŞƏT sammitində Putinlə görüşdə onu Türkiyəyə səfərə dəvət edib.

Türkiyə lideri rusiyalı həmkarı ilə söhbəti zamanı onu “tezliklə” Türkiyəyə gəlməyə çağırıb. Buna cavab olaraq Rusiya Federasiyasının rəhbəri Ərdoğanın dəvətini qəbul etdiyini və yaxın vaxtlarda Türkiyəyə səfər edəcəyini bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm