Rusiya şərt qoydu, Ukrayna yenə qarşı çıxdı - Peskovdan REAKSİYA
Bizi izləyin

MDB

Rusiya şərt qoydu, Ukrayna yenə qarşı çıxdı - Peskovdan REAKSİYA

Qərb liderləri Ukraynadakı münaqişənin həlli üçün Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülən sülh təşəbbüsünə maraq göstərməyib.

Publika.az xəbər verir ki, bunu Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Putin öz təşəbbüslərini təxminən 3 həftə əvvəl açıqlayıb. Əsas tezislər arasında Ukrayna ordusunun qondarma DXR, LPR, Xerson və Zaporojye vilayətləri ərazisindən çıxarılması, həmçinin NATO-ya üzvlük kursunun rəsmi şəkildə rədd edilməsi və “bitərəf, bloklara qoşulmayan, nüvəsiz Ukraynanın statusu” yer alıb. Kiyev isə bu təklifi müsbət qarşılamayaraq, onları ultimatum adlandırıb.

Qərb siyasətçilərinin bu təşəbbüslərlə bağlı əlaqə saxlayıb-saxlamaması ilə bağlı suala Peskov mənfi cavab verib.

Peskov bundan əvvəl Ukraynanın Moskvanın qoyduğu şərtlərlə razılaşacağı təqdirdə Rusiyanın danışıqlar prosesinə başlamağa hazır olduğunu bildirib.

Cəmilə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm