Ukrayna ordusu Rusiya ərazisinə neçə kilometr girib? – ISW  ekspertləri açıqladı
Bizi izləyin

MDB

Ukrayna ordusu Rusiya ərazisinə neçə kilometr girib? – ISW  ekspertləri açıqladı

Ukrayna qoşunları Rusiyanın Kursk bölgəsində 10 kilometr dərinliyə qədər irəliləyib.

Publika.az xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutunun (ISW) mütəxəssisləri toplanmış məlumatları təhlil edərək məlumat yayıblar.

“Rusiya ərazisində mexanikləşdirilmiş hücum əməliyyatlarının davam etdirilməsi fonunda avqustun 7-də Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətinə 10 kilometr dərinliyə qədər irəlilədiyi təsdiqlənir”, - məlumatda deyilir.

İcmalda qeyd olunur ki, avqustun 6 və 7-də dərc edilmiş geolokasiya görüntüləri Ukrayna zirehli maşınlarının beynəlxalq sərhəddən təxminən 10 kilometr aralıda 38K-030 şossesi boyunca mövqelərə girdiyini göstərir.

Ukraynanın Kursk bölgəsində irəliləyişinin hazırda təsdiqlənmiş miqyası və yeri göstərir ki, Ukrayna qoşunları Rusiyanın ən azı iki müdafiə xəttini keçib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm