Nida Xəbər
Bakıda saxlanılan hərbi cinayətkarlara baş çəkildi
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvar ayında Azərbaycanda saxlanılan hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərə yenidən baş çəkiblər.
Publika.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb:
"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir".
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağdakı keçmiş qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı saxlayaraq Bakıya gətiriblər.
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin