MDB
Rusiya miqrant axınını məhdudlaşdırmaq üçün bu yola əl atacaq
Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında miqrasiya sahəsində işlənib hazırlanan qanunvericilik təşəbbüsləri barədə məlumat verib.
Publika.az xəbər verir ki, Volodin hazırda bu məsələ ilə bağlı 28 qanun layihəsinin baxılma mərhələsində olduğunu açıqlayıb.
“Bu gün bu mövzuda 28 qanun layihəsi müzakirə olunur ki, onlardan 6-sı avqustda təqdim olunub. Təklif olunur: aşağı ixtisaslı əmək miqrantlarına ailələrini, qohumlarını, yaxınlarını ölkəmizə gətirmələri qadağan edilsin; Rusiya Federasiyasının ərazisinə daxil olan xarici vətəndaşların barmaq izinin qeydiyyatı öhdəliyini tətbiq etmək; əcnəbi vətəndaşlar üçün bəzi iş növlərinə, o cümlədən tibb və təhsilə məhdudiyyətlər tətbiq edilsin”, - deputat qeyd edib.
Dövlət Dumasında siyasi fraksiyaların nümayəndələri bu təşəbbüsləri dəstəklədiklərini bildiriblər.
Volodin xatırladıb ki, bu il parlamentin aşağı palatası miqrasiya məsələsini tənzimləyən 6 qanun qəbul edib.
Akqabay
-
Hadisə01:41
Bakıda güclü yanğın baş verdi - FOTO/VİDEO (YENİLƏNDİ)
-
Hadisə01:11
Sumqayıt səmasında nə baş verir? - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: həmin məlumatı eşidəcəksiniz
-
Magazin119 Sentyabr 23:00
QALMAQAL BÖYÜYÜR: "Sən özün tutub sürünürsən" - VİDEO
-
Rəsmi xronika19 Sentyabr 21:10
Bu da “Aghdam City Hotel” - FOTO/YENİLƏNDİ
-
Magazin119 Sentyabr 20:48
Dilarə bu məşhur şəxsin nəslindən imiş... - VİDEO
-
MDB19 Sentyabr 20:36
Moskvadan Paşinyana SƏRT MESAJ: "Sağlam düşüncəyə və məntiqə ziddir"
-
Sosial19 Sentyabr 20:10
Ağdamda tikilən evlərin FOTOLARI