Dünən yoxa çıxan helikopterin qalıqları tapıldı: sağ qalan yoxdur
Bizi izləyin

MDB

Dünən yoxa çıxan helikopterin qalıqları tapıldı: sağ qalan yoxdur

Dünən Kamçatka yarımadasında yoxa çıxan Rusiyaya məxsus “Mi-8T” helikopterinin qəzaya uğradığı məlum olub.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti bu gün məlumat yayıb.

Məlumata görə, avqustun 31-də Vaçkajets vulkanı yaxınlığında radardan itən helikopterin qalıqları tapılıb. Helikopterin təpəyə çırpılaraq qəzaya uğradığı ehtimal edilir.

Helikopterdə 3 ekipaj üzvü və 19 sərnişin olub. Qəza zamanı sağ qalan olmayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm