Özbəkistanda HƏYƏCAN SİQNALI: təhlükəsizlik qüvvələri ayağa qaldırıldı
Bizi izləyin

MDB

Özbəkistanda HƏYƏCAN SİQNALI: təhlükəsizlik qüvvələri ayağa qaldırıldı

Özbəkistanın təhlükəsizlik qüvvələri sərhədi keçən terrorçu dəstələrin basqınını dəf etmək üçün təlimlər keçirib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu, MDB dövlətlərinin “Vostok-Antiterror - 2024” birgə antiterror təliminin yekun mərhələsi olub.

Təlim planına görə, bir qrup terrorçu qonşu ərazilərdə cəmləşmiş yaraqlıları dəstəkləmək üçün Əfqanıstanla sərhəddə yerləşən sərhəd postuna hücum edir .

Təlimlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) "Burqut" briqadasının xüsusi təyinatlı qüvvələrinin bölmələri, sərhəd naryadları, polis və Milli Qvardiyanın hərəkətləri sınaqdan keçirilib. “Girovların xilas edilməsi”ndə Fövqəladə Hallar və Səhiyyə nazirliklərinin nümayəndələri də iştirak ediblər.

Təlimlərin yekun mərhələsində təkcə MDB ölkələrinin deyil, həm də ŞƏT-in nümayəndələri iştirak ediblər .

Qeyd edək ki, 2025-ci ildə MDB-nin birgə antiterror təlimlərinin son mərhələsinin Tacikistanda keçirilməsi planlaşdırılır .

Bir gün əvvəl MDB və ŞƏT kəşfiyyat xidmətlərinin ilk dəfə birgə konfrans keçirəcəyi məlum olub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm