Deputatın olduğu vertolyotun qəzaya uğradığı yerdən FOTO yayıldı
Bizi izləyin

MDB

Deputatın olduğu vertolyotun qəzaya uğradığı yerdən FOTO yayıldı

Rusiyanın Arxangelsk vilayətində “Robinson” helikopterinin qəzaya uğradığı yerdən fotolar yayımlanıb.

Publika.az xəbər verir ki, bu barədə Şimal-Qərb Nəqliyyat Prokurorluğunun mətbuat xidməti “Telegram”da məlumat yayıb.

Fotoşəkillərdə vertolyotun gövdə və quyruq hissələrinin qalıqları diqqəti çəkir.

“Robinson” vertolyotu sentyabrın 26-da Bıçye kəndindən Karandaşevskaya kəndinə uçarkən radarlardan itib. Təyyarədə Arxangelsk Şəhər Dumasının deputatı Sergey Smetanin və yerli iş adamı olub.

Sentyabrın 27-də Bıçidən beş kilometr aralıda helikopter aşkar edilib. Təyyarədə olanlardan heç biri sağ qalmayıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm