Putin “Sultan olsaydım” mahnısını yada saldı - VİDEO
Bizi izləyin

MDB

Putin “Sultan olsaydım” mahnısını yada saldı - VİDEO

Rusiya prezidenti Vladimir Putin “İlin müəllimi” müsabiqəsinin laureatları və “Gözəl mövzu” televiziya layihəsinin finalçıları ilə görüşündə "Qafqaz əsiri" sovet filmindəki "Sultan olsaydım" mahnısının sözlərini xatırladıb.

Publika.az videonu VGTRK jurnalisti Pavel Zarubin öz Telegram kanalında paylaşıb. Dövlət başçısı Rusiya Federasiyasının təhsil naziri Sergey Kravtsova rus məktəblərinin müəllim və direktorlarının ixtisaslarının artırılması təşəbbüsü üzərində işləmək barədə göstərişlər verib.

“Biz, sultanlar, nə etməliyik, bizə burada aydınlıq lazımdır”, – Putin gülərək deyib.

1967-ci ildə sovet ekranlarına çıxan “Qafqaz əsiri və ya Şurikin yeni sərgüzəştləri” bədii filmində “Mən Sultan olsaydım” mahnısı ifa olunub. Onun musiqisi Aleksandr Zatsepin, sözləri Leonid Derbenevə aiddir.

Putin görüşdə həmçinin bildirib ki, Rusiyada nitq mədəniyyətinin yüksəldilməsi üçün tədbirlər üzərində düşünmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm