Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi
Bizi izləyin

MDB

Rusiya-ABŞ müharibəsi: Moskva "hazırıq" dedi

Rusiya ilə ABŞ arasında mümkün hərbi qarşıdurma Vaşinqtonun gələcək addımlarından asılıdır.

Publika.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bəyan edərək, Rusiya Federasiyasının bu münaqişəyə hazır olduğunu vurğulayıb.

"Bu, amerikalılardan asılıdır", - Ryabkov jurnalistlərin mümkün münaqişə ilə bağlı suallarını cavablandırarkən deyib.

O, həmçinin Rusiyanın münaqişəyə tam hazır olduğunu əlavə edərək, Moskvanın müxtəlif ssenarilər hazırladığını da qeyd edib.

Qərb ölkələrinin Kiyevə Rusiyaya uzaqmənzilli raketlərlə hücum etməyə mümkün icazəsi ilə bağlı məlumatı şərh edən Ryabkov qeyd edib ki, Moskvanın bu cür hərəkətlərə cavabı var.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm