Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...
Bizi izləyin

MDB

Məşhur erməni iş adamı Rusiyaya niyə buraxılmayıb? - Kriminal, fırıldaqçı...

Erməni iş adamı və eks-deputat Samvel Aleksanyan Rusiya hüquq-mühafizə orqanlarının diqqətini özünə cəlb edən biznes fəaliyyətinə görə Rusiyaya buraxılmayıb.

Publika.az xəbər verir ki, bu barədə "24news.am" məlumat yayıb.

Bildirilir ki, Aleksanyan təxminən bir həftə əvvəl Rusiya Federasiyasına buraxılmayıb. Onu bir neçə saat hava limanında saxlayıblar, sonra ölkədən getməsini tələb ediblər. Onun ailə üzvlərinin Rusiya sərhədini problemsiz keçməsi diqqət çəkib.

Saytın məlumatına görə, onun kriminal, fırıldaqçı kimi tanınan iş adamı Ruben Tatulyanla iş birliyinə görə Rusiyaya girişinə icazə verilməyib.

Qeyd olunur ki, Aleksanyan ailəsi ilə birlikdə Rusiyaya toya dəvət olunubmuş.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm