Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
Bizi izləyin

MDB

Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?

Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinin geyindiyi kostyumla maraqlanıb.

Publika.az xəbər verir ki, Putin bu barədə regionlarda yeni sənaye obyektlərinin işə salınmasına həsr olunmuş videokonfrans zamanı soruşub.

"Qleb Sergeyeviç, sizin kostyumunuz yerli istehsaldırmı?", - Putin soruşub.

Qubernator cavab verib ki, kostyumu yerli parçadan tikilib. Putin Nikitinin seçimini yüksək qiymətləndirib və “biz ətrafımızda olan, yerli istehsal olan və ən yüksək keyfiyyətə malik olan hər şeyi geyinməkdən və istifadə etməkdən məmnunuq” deyib.

Konfrans zamanı Putin parça istehsalını da dəyərləndirib və qeyd edib ki, son onilliklərdə Rusiyada keyfiyyətli parça qıtlığı var. Eyni zamanda, Putinin sözlərinə görə, Rusiyada çox istedadlı insanlar, o cümlədən dizaynerlər var.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm