Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR - "Ciddi söhbət olacaq"
Bizi izləyin

MDB

Putin Pezeşkianla ÜZ-ÜZƏ GƏLİR - "Ciddi söhbət olacaq"

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı Məsud Pezeşkianla Aşqabadda görüşəcək.

Publika.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, liderlər görüş zamanı ikitərəfli münasibətlərdən tutmuş Yaxın Şərqdəki vəziyyətə qədər geniş mövzuları müzakirə etməyi planlaşdırırlar.

O qeyd edib ki, bu prezidentlərin ilk görüşü olacaq.

“Bizim müxtəlif sənaye sahələrində sıx əlaqələrimiz var. Amma təbii ki, Yaxın Şərqdəki vəziyyət də diqqətdən kənarda qalmayacaq. Ciddi söhbət olacaq", - Peskov qeyd edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm