Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?
Bizi izləyin

MDB

Ramzan Kadırovun atasının müttəfiqinə sui-qəsd edildi - Moskvada nə baş verir?

Moskva vilayətinin Odintsovo rayonunda İnquşetiya hökuməti sədrinin keçmiş müavini Şerip Əlihacıyevin həyatına qəsd edilib.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Lapino kəndində, fərdi evdə baş verib. Həmin şəxs Əlihacıyevə iki dəfə atəş açaraq qaçıb. Zərərçəkmiş xəstəxanaya aparılıb. Hücum edən şəxs hələ də tutulmayıb.

Şerip Əlihacıyev Çeçenistanın eks-prezidenti Əhməd Kadırovun müttəfiqi olub, Şalinski rayonunun administrasiyasının rəhbəri işləyib. Bir müddət Çeçenistan Dövlət Şurası sədrinin birinci müavini, sonra İnquşetiya hökuməti sədrinin müavini vəzifələrində çalışıb. Bu yaxınlarda o, Dövlət Dumasının deputatlarından birinin köməkçisi işləyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm