QANDONDURAN CİNAYƏT: yeni doğulmuş körpəni zibil qutusuna ataraq YANDIRDILAR - VİDEO
Bizi izləyin

MDB

QANDONDURAN CİNAYƏT: yeni doğulmuş körpəni zibil qutusuna ataraq YANDIRDILAR - VİDEO

Qazaxıstanın Semey şəhərində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, bu barədə "Zakon" məlumat yayıb.

Bildirilib ki, yerli sakinlər içərisində körpə qızın olduğu konteynerin alovlandığını görüblər. Bədəninin 70%-i yanıq xəsarəti alan uşaq tez xəstəxanaya çatdırılıb. Zərərçəkmişin xəsarətləri ağır olduğundan onu xilas etmək mümkün olmayıb.

"Arnapress" yerli ictimai səhifələrə istinadla xəbər verir ki, əvvəlcə qızın təxminən bir ay əvvəl doğulduğu güman edilirdi. Sonradan məlum oldu ki, o, cəmi bir günlük olub.

“Faktla bağlı ibtidai istintaq rayon prokurorluğunun xüsusi nəzarətinə götürülüb”, - nəşr yazır.

Polisdən bildiriblər ki, araşdırma davam edir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları müşahidə kameralarından gələn videogörüntüləri öyrənir və hadisə şahidlərinin şəxsiyyətini müəyyənləşdirirlər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm