MDB
Krım bu halda Ukraynanın tərkibində qala bilərdi - Lavrovdan KRİTİK AÇIQLAMA
"2014-cü ildə hakimiyyət dəyişikliyi olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı".
Publika.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“2014-cü ilin fevral ayında dövlət çevrilişi olmasaydı və o vaxtkı prezident Viktor Yanukoviç ilə müxalifət arasında bir gün əvvəl əldə edilmiş razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid və Krım da onun tərkibində olardı”, - Lavrov bildirib.
Nazirin sözlərinə görə, Rusiya tərəfi Donbassda 2014-cü ildə başlayan münaqişənin sona çatmasında səmimi maraqlıdır, lakin bunun üçün Ukraynanın yeni qurulmuş hökuməti tərəfindən “sabotaj edilmiş” Minsk razılaşmasının yerinə yetirilməsi lazım idi.
Lavrov əlavə edib ki, bu hökumət hakimiyyət dəyişikliyini qəbul etməyən insanlarla birbaşa dialoqa girməli və iqtisadi əlaqələrin inkişafına kömək etməli idi, lakin bunların heç biri edilmədi.
Dekabrın 5-də Ukrayna Prezidenti Volodimir Zelenski Budapeşt Memorandumunun Rusiya-Ukrayna münaqişəsinin on ili ərzində işləmədiyini bildirib.
Hüseyn İbadlı
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...
-
Maraq dünyası10:19Bu bürclər bu həftə çox pul QAZANACAQ
-
İqtisadi gündəm09:50Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
-
Nida Xəbər 09:35XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi



















.jpg)







.jpg)






.jpg)


