MDB
Rusiyanın bu bölgəsi "qar qiyaməti" yaşayır - VİDEO
Kamçatkaya yağan güclü qar və külək səbəbindən bölgə "apokalipsis" yaşayır.
Publika.az xəbər verir ki, bu barədə "Mash" Teleqram kanalı məlumat yayıb.
Kanal video paylaşaraq yazıb ki, siklon və saniyədə 45 metrə çatan külək səbəbindən bölgədəki bütün xidmətlər yüksək hazırlıq vəziyyətinə gətirilib.
"Proqnoza görə, bu hava 28 dekabra qədər davam edəcək. Petropavlovskda ictimai nəqliyyat dayandırılıb. Sakinlərdən öz avtomobillərini sürməmələri xahiş olunur. Ənənəvi avtobuslar əvəzinə, dayanacaqlardan insanları götürmək üçün şəhər ətrafında növbəli xüsusi nəqliyyat vasitələri işləyir", - deyə paylaşımda bildirilir.
Məlumata görə, hakimiyyət orqanları bəzi regional magistral yolları bağlamağı planlaşdırır. Yelizovo hava limanında on reys təxirə salınıb.
"Baza" Teleqram kanalının məlumatına görə, yarımadaya iki ayın normasından çox yağıntı düşüb. Məlumata görə, Petropavlovsk-Kamçatskidə vəziyyət daha ağırdır. İctimai nəqliyyat hər yerdə dayandırılıb və Ust-Bolşeretski rayonunda bir neçə yol tam bağlanıb.
Tural
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar








.jpg)
.jpg)














.jpg)










