MDB
Bu dünya liderləri ilin antimükafatına layiq görüldülər
Məşhur "Politico" nəşri 2025-ci ilin antimükafat qaliblərinin siyahısını dərc edib.
Publika.az xəbər verir ki, siyahıya Fransanın keçmiş prezidenti Nikola Sarkozi, ABŞ prezidenti Donald Tramp və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də düşüb.
Sarkozi antimükafatı "həbsxanadakı dözümlülüyünə" görə alıb. Nəşr qeyd edib ki, o, 20 gün dəmir barmaqlıqlar arxasında keçirib və daha sonra 216 səhifəlik "Məhbusun gündəliyi" kitabını dərc etdirib. "Politico" yazıb ki, belə bir həbs cəzası ilə hər gün təxminən 11 səhifə mətn yazmaq tələb olunur.
ABŞ prezidenti Donald Tramp isə süni intellektdən istifadə ilə bağlı anti-mükafat qazanıb. Müəllif qeyd edib ki, o, süni intellektdən istifadə edərək yaradılan videoları sosial mediada yayımlayıb və aktiv şəkildə paylaşımlar edib. Onlardan birində Trampın etirazçıların üzərinə palçıq səpib, görüntülərdə "Kral Tramp" başlığı ilə qırıcı təyyarənin uçması təsvir olunub. "Politico" həmçinin qeyd edib ki, Tramp əvvəllər Demokrat Konqres azlıqlarının liderləri Çak Şumer və Hakim Ceffrisin saxta şəkillərini paylaşıb.İrlandiya prezidenti Ketrin Konnolli də siyahıda var. O, seçkilərdən əvvəl internetdə yayılan və guya onun prezidentlik yarışından çəkildiyini göstərən saxta videoya görə anti-mükafat alıb.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Trampın tariflərinə qarşı çıxmaq "səy"lərinə görə antimükafat alıb. Nəşr qeyd edib ki, o, tariflərin tətbiqinin qarşısını ala bilməyib.
Tural
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar








.jpg)
.jpg)














.jpg)










