MDB
Putin Qazaxıstanın ilk prezidenti ilə görüşdü - VİDEO
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevlə görüşüb.
Publika.az xəbər verir ki, görüşün videogörüntüləri Kremlin “Telegram” kanalında yayımlanıb .
Həmin görüntülərdə siyasətçilər dəyirmi masada üz-üzə oturublar. Onların qarşısında bıçaq-qaşıq və stəkanlar var. Masa həmçinin ağ güllərlə bəzədilib.
Putin və Nazarbayev sonuncu dəfə 2025-ci ilin may ayında görüşmüşdülər .
Qazaxıstanın hazırkı Prezidenti Kasım-Jomart Tokayev qeyd edib ki, siyasətçilər uzun müddətdir dost və həmkar kimi görüşür, xatirələrini bölüşürlər. Respublika liderinin sözlərinə görə, Nazarbayev bu cür görüşlərin təşəbbüskarıdır və bu görüşlər onun üçün olduqca vacibdir. Tokayev qeyd edib ki, Qazaxıstan siyasətçiləri üçün Moskvaya səfərlər praktik olaraq Sovet dövründən qalma bir ənənəyə çevrilib.
Nazarbayev, 1991-ci ildən Qazaxıstanın lideri idi. 19 mart 2019-cu ildə istefa verdiyini elan edib və Tokayevi özünə varis təyin edib.
Hüseyn İbadlı
-
Ekologiya12:3541 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
İqtisadi gündəm12:20Azərbaycan 5 aya 4 milyon dollarlıq nar ixrac etdi
-
İqtisadi gündəm11:42Bakıda iki küçəni 23 milyon manata təmir edəcəklər
-
Enerji11:03Bu şirkətə 12 milyon manata yaxın pul ödəniləcək
-
MDB10:02Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır
-
İdman09:10Messinin nəsil şəcərəsi üzə çıxdı - Argentinalı deyilmiş
-
Ekopublika.az07:55Vətəndaşlara kreditlərlə bağlı şad xəbər
-
Elm və təhsil07:35Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - Detallar








.jpg)
.jpg)














.jpg)










