MDB
Milyonlarla rusiyalının ölkədən çıxışına niyə qadağa qoyulur?- İlginc səbəb açıqlandı
Təxminən 8 milyon rusiyalı vaxtında ödənilməyən borclar səbəbindən xaricə səyahət etməkdə çətinlik çəkəcək.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Nəşr Peşəkar Borc Yığım Agentliklərinin Milli Assosiasiyasına (NAPKA) istinad edib.
Assosiasiyadan bildirilib ki, Yeni il tətillərindən əvvəl borcluların Rusiyadan çıxmasını müvəqqəti olaraq məhdudlaşdıran təxminən 8,8 milyon əmr icradadır. NAPKA qeyd edib ki, bəzi hallarda bir neçə belə əmr tək bir şəxsə şamil edilə bilər, lakin bu nadir hal sayılır. Nəticədə, hazırda səyahət məhdudiyyətləri təxminən 8 milyon vətəndaşa şamil olunacaq.
NAPKA onu da izah edib ki, qadağa yalnız borc məhkəmə tərəfindən tanındıqdan sonra mümkün olacaq. Borcun rəsmən tanınmasından sonra məhkəmə icraçıları səyahət məhdudiyyətləri tətbiq etmək və müvafiq məlumatları Federal Təhlükəsizlik Xidmətinə(FSB) ötürmək hüququna malikdirlər ki, bu da həmin vətəndaşların ölkədən çıxmasını qeyri-mümkün edir.
Yerli qanun bu kəskin tədbirin tətbiq oluna biləcəyi konkret borc məbləğlərini də müəyyən edir. Bunlara aliment üzrə gecikmələr, sağlamlığa dəyən ziyana görə kompensasiya və ya 10.000 rubldan çox olan mənəvi zərərə görə ödəmələr, eləcə də 30.000 rubldan çox olan digər borclar daxildir.
Tural
-
Nida Xəbər 20:12Azərbaycanda bu əsərlər dövlət mükafatları ala bilər - SİYAHI
-
Yaxın Şərq20:00İran "Amazon"un bulud hesablama mərkəzinə HÜCUM ETDİ
-
İdman19:48PSJ Luis Enrikeyə bu qədər maaş təklif edir
-
ABŞ19:00Argentina İranın müvəqqəti işlər vəkilinə iki gün vaxt verdi
-
Region18:48Müəllimin geyimi müzakirə mövzusu oldu
-
Nida Xəbər 17:36BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi
-
Region15:38Paşinyan bu dəfə xanım jurnalistlə mübahisə etdi: Sus, yoxsa qovulacaqsan
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?






































