Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"
Bizi izləyin

MDB

Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"

Putindən məşhur heykəltəraşa irad: "Əslində hər şeyi Tanrı yaradıb!"

Rusiyalı ictimai xadim, heykəltəraş və rəssam Daşi Namdakov Prezident Vladimir Putinlə bağlı maraqlı açıqlama verib.

Publika.az xəbər verir ki, heykəltəraş "RİA Novosti"yə müsahibəsində Rusiya prezidenti ilə söhbətinin təfərrüatlarını danışıb. Qeyd edilib ki, söhbət zamanı Rusiya dövlət başçısının Buryatiyaya səfəri, bu ərazinin görməli yerləri müzakirə olunub.

Namdakovun sözlərinə görə, Ulan-Ude yaxınlığındakı Tapxar yaylasında yeni turizm marşrutunun yaradılmasını müzakirə edərkən, o, bu yeri Tanrının yaratdığını deyib. Amma bununla səhvə yol verib. Çünki Putin ona belə cavab verib: "Əslində, hər şeyi Tanrı yaradıb".

Xatırladaq ki, Putin avqustun 10-da Buryatiyaya getmişdi. Kreml rəhbəri burada Uzaq Şərqdə şəhərlərin inkişafı üzərində çalışan aparıcı şəhərsalma nümayəndələri və urbanistlərlə görüşüb. Namdakov da iştirakçılar arasında olub.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm