Mətbəx
Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
Son dövrün yeni qida trendi olan suşi artıq dünyanın dörd bir yanına yol tapıb. Suşiyə qarşı insanlar arasında münasibət birmənalı deyil. Kimisi onu yeməkdən zövq alır, kimisi də çiy balıq adı eşidən kimi “iyrənc” olduğunu deyib imtina edir.
Suşi sevənlər arasında saxta qurmanlar da var. Onlar bu qidanı sevməsələr də, cəmiyyət içində özlərini əsl suşi aşiqi kimi göstərirlər. Həmin şəxlər hesab edirlər ki, bu yolla özlərini yüksək zümrəyə daha yaxın hiss edə bilərlər.
Əslində isə suşi bir mədəniyyətdir. Bu qidanın hazırlanmasında istifadə olunan dəniz yosunlarından tutmuş, yanında qoyulan acı vasabisinədək bütün ərzaqlar bir-birini tamamlayır. Hətta onu çöplə düzgün yemək qaydası öyrədən onlayn dərsliklər də var.
Yaponlar hesab edir ki, suşini hazırlayan mütləq kişi olmalıdır. Çünki tibb sübut edib ki, qadın bədəninin hərarəti kişiyə nisbətən daha yüksək olur və bu amil də suşinin ləzzətinə təsir edir. Lakin unutmaq olmaz ki, suşi yapon yeməyidir və nə qədər sevsək də, normanı aşmaq olmaz.
Çox zaman tərkibinə qatılan çiy balıq əti müxtəlif parazitlərdən əlavə sağlamlığımız üçün təhlükəli olan bakteriyaların daşıyıcısıdır. Rus alimlərin tədqiqatına əsasən ən zərərli dəniz canlıları, mikroorqanizmlər Yapon, Filippin və Cənubi Çin dənizlərində yaşayırlar. Yapon mətbəxini bəzəyən dəniz məhsulları isə əsasən həmin dənizlərin canlılarıdır. Ən qorxulusu isə odur ki, suşidən zəhərlənməni ilkin dövrdə təyin etmək olmur.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

























.jpg)













