Mətbəx
Bakı sakinləri isti yay günlərində susuzluğunu nə ilə yatırır?
Yay gələr-gəlməz paytaxt sakinlərinin əsas müzakirə mövzusu hava, ən sevimli xəbəri isə dönüb olur hava buraxılışı. Yeddidən yetmiş yeddiyə hər kəs istidən, bürküdən şikayətlənir. İllər, nəsillər dəyişsə də, Bakı sakinlərinin yay üçün mövzusu toxunulmaz olaraq qalır. Bəs isti yay günlərini yaşayan paytaxt əhli susuzluğunu nə ilə yatırır?
Publika.az xəbər verir ki, “ACT Azərbaycan” 19 aprel -1 may tarixlərində Bakı şəhərində bu mövzuda sorğu keçirib. Sorğu nəticələrini təqdim edirik.
Bakı sakinlərinin böyük əksəriyyəti susuzluğunu qazsız su ilə yatırır (76 %). Paytaxt əhlinin yarısı (48 %) isti havalara isti çay ilə əncam qılır. Susuzluğunu kompot və ya şirin qazlı sular ilə yatıranlar da kifayət qədərdir (hər biri 20 %). Ayransevərlər də az deyil (17 %). 16 % respondent susuzluğunu qazlı su ilə yatırır. Təbii şirə ilə susuzluğunu yatıranlar nisbətən azdır (12 %). Sərin pivə ilə isti havaların öhdəsindən gələnlər cəmi 3 %-dir.

Sorğu 19 aprel – 1 may tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)








.jpg)













